Goranboyda 48 yaşlı kişi dərmandan zəhərlənib

Goranboy. 2 aprel. REPORT.AZ/ Goranboy rayonunda 48 yaşlı kişi dərmandan zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Baxçakürt kəndində baş verib.

Həmin kəndin sakini, 1970-ci il təvəllüdlü Ceyhun Əsgərov dərman qəbul etdikdən sonra halı pisləşib. Ona tibbi yardım göstərilib vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27