Goranboyda 46 yaşlı kişini ilan sancıb

Goranboyda yerli sakini ilan sancıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Tap Qaraqoyunlu kənd sakini, 1973-cü il təvəllüdlü Tərlan Əhmədovu ayağından ilan sancıb. 

O, yaxınları tərəfindən Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılıb. T.Əhmədovun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41