Goranboyda 44 yaşlı piyadanı avtomobil vurub

Goranboy. 15 yanvar.  REPORT.AZ/ Goranboy rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi  baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1974-cü il təvəllüdlü Yolçu Tahir oğlu Aslanov yolu keçmək istəyən zaman avtomobil tərəfindən vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qobustanda top mərmisi tapılıb 18 noyabr, 2026 / 10:31