Goranboyda avtomobil 36 yaşlı kişini vuraraq öldürüb

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Goran qəsəbəsində qeydə alınıb.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1985-ci il təvəllüdlü Samir Füzuli oğlu Əsgərovu avtomobil vuraraq öldürüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36