Goranboyda 35 yaşlı kişini avtomobil vurub

Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Xanqərvənd kəndində qeydə alınıb. Avtomobil Goranboy rayon sakini, 1984-cü il təvəllüdlü Əliyar Nəcəfovu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14