Goranboyda 35 yaşlı kişi meyiti tapılıb

Goranboy. 13 mart. REPORT.AZ/ Goranboy rayonunda 35 yaşlı kişi meyiti tapılıb.

"Report"un məlumatına görə, səhər saatlarında təcili tibbi yardım avtomobili ilə kişi meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə gətirilib. Müayinələr zamanı meyitin rayon sakini 1982-ci il təvəllüdlü Ruhin Xəlilov olduğu müəyyən edilib.

Qeyd edək ki, R.Xəlilovun ruhi xəstə olduğu bildirilib. Onun hansı səbəbdən ölməsi araşdırılır.

 

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26