Goranboyda 32 yaşlı qadın dəm qazından zəhərlənib

Goranboy rayonunda qadın dəm qazından zəhərlənib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Tap Qaraqoyunlu kəndində qeydə alınıb.

Kənd sakini, 1989-cu il təvəllüdlü N.Əmrəhova yaşadığı evdə dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39