Goranboyda 28 yaşlı qadın yanıq xəsarətləri alıb 

Goranboy rayonunda gənc qadın yanıq xəsarətləri alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Goranboy rayon Qarasuçu kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü T.Bayramova yaşadığı evdə ehtiyatsızlıqdan qaynar suyun üzərinə tökülməsi səbəbindən yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. İkinci və üçüncü dərəcəli yanıq xəsarətləri alan qadının vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51