Goranboy. 26 fevral. REPORT.AZ/ Goranboy rayonunda 26 yaşlı gənc xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Nadirkənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, Goranboy rayon sakini iş zamanı hündürlükdən yıxılaraq sağ ayağını sındırıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.