Goranboyda 25 yaşlı gənc borc üstündə döyülüb

Goranboy. 29 mart. REPORT.AZ/ Goranboy rayon sakini borclu olduğu şəxs və onun tanışı tərəfindən döyülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun "Goran" stansiyası ərazisində qeydə alınıb.

Belə ki, rayonun Boluslu kənd sakini, 1993-cü il təvəllüdlü Həsən Mövsüm oğlu Əliyev borclu olduğu 1990-cı il təvəllüdlü İlkin İmamquliyevlə görüşüb. İ.İmamquliyev ondan 40 manat borcunu tələb edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb və nəticədə İ.İmamquliyev tanışı, 1983-cü il təvəllüdlü Ramin Musayevlə birgə H.Əliyevi döyüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, hadisəni törədən hər iki şəxs sərxoş olub.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54