Goranboyda 2 qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Goranboy şəhərində 2 nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1992-ci il təvəllüdlü S.Ələkbərova və S.Hüseynova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü M.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, yaralıların vəziyyəti kafi qiymətləndirilir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47