Goranboy. 7 mart. REPORT.AZ/ Goranboyda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, 2 avtomobilin toqquşması nəticəsində 1965-ci il təvəllüdlü Nizami Mustafayev xəsarət alıb.
Ona tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.