Goranboyda 2 avtomobil qəzası olub, xəsarət alanlar var

Goranboyda 2 avtomobil qəzası qeydə alınıb, 3 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisələrindən biri rayonun Xan Qərvənd yolunda baş verib.

Hadisə zamanı Tərtər rayon sakinləri, 1969-cu il təvəllüdlü Seymur Musayev və 1975-ci il təvəllüdlü İbadət Nağıyev müxtəlif bədən xəsarətləri alıblar.

Digər avtomobil qəzası isə Goranboy şəhərində olub. İdarəetmədən çıxan avtomobilin maneəyə çırpılması nəticəsində, 1990-cı il təvəllüdlü Vüsal Şahverdiyev xəsarət alıb. Hər iki hadisə zamanı xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktlarla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47