Goranboyda 15 yaşlı oğlan qardaşını qətlə yetirib

Goranboy. 26 yanvar. REPORT.AZ/ Goranboyda qardaş qardaşı bıçaqla vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü X.Məmmədov oyun oynayan zaman mətbəx bıçağı ilə qardaşı, 2002-ci təvəllüdlü İ.Məmmədovun ürək nahiyəsinə zərbə vurub. 17 yaşlı yeniyetmə gənc dərhal ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27