Goranboy rayon sakini özünü asaraq intihar edib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Borsunlu kəndində qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Qurbanova Rəsmiyə Əliş qızı özünü asaraq intihar edib. İntiharın səbəbləri hələ ki məlum deyil.
Ancaq onun uzun müddət əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.