Goranboy sakini dəm qazından zəhərlənərək ölüb

Goranboy rayon sakini hamam otağında dəm qazından zəhərlənərək ölüb.

"Report"un xəbərinə görə, dekabrın 11-i saat 07 radələrində rayonun Tapqaraqoyunlu kəndində qeyd alınıb.

Belə ki, "Azəriqaz" İB-nin Tikinti departamentində traktor sürücüsü işləyən Süleymanov Elşad Qasım oğlunun kirayədə yaşadığı evin hamam otağında meyiti aşkar olunub.

Onun dəm qazından zəhərlənmədən ölməsi ehtimal edilir.

Digər xəbərlər

Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26