Bakı. 24 may. REPORT.AZ/Bu gün günorta saatlarında Goranboy rayonunun Goran qəsəbəsində yanğın hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus dəmir konstruksiyalardan ibarət köşkün taxta üzlüyü və içərisinə yığılmış taxta qırıntıları yanıb.
Yaxınlıqdakı mebel mağazası yanğından mühafizə olunub. Yanğın saat 15:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.