Gömrükçülər 8 360 ədəd aksiz markasız siqaret aşkar edib

Bakı. 5 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlərin realizə edilməsi barədə məlumat daxil olub. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "MERCEDES 190" markalı, minik avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin ərazisində saxlanılıb və nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobildən 8360 ədəd aksiz markasız xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağl araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39