Gömrükçülər 6 400 ədəd siqaret aşkar ediblər

Bakı. 11 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-2109" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı avtomobilin arxa qapılarının içərisindən aksiz markası olmayan, üzərində "Parliament" yazısı olan 6 400 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48