​General Rasim Musayev dəfn edilib - FOTO

Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev Mehdiabad qəbiristanlığında dəfn olunub. “Report”un xəbərinə görə, dəfn mərasimində daxili işlər naziri, general-polkovnik Ramil Usubov, DİN əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, R.Musayev dünən qəfildən dünyasını dəyişib. O, daxili işlər orqanlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41