“Gənclik Mall”da bir neçə mağazanı su basıb - FOTO

Bakı. 2 noyabr. REPORT.AZ/ “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən iki mağaza fəaliyyətini dayandırıb.

“Report”un xəbərinə görə, buna səbəb yuxarı mərtəbədə su borusunun zədələnməsi olub.

Borunun zədələnməsi nəticəsində “Zel home” və “Coincasa” mağazalarına su dolub.

Hazırda mağazaya dəymiş ziyanın məbləği müəyyənləşdirilir və problemin aradan qaldırılması istiqamətində iş aparılır. 

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19
Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19