Gəncədə gənc oğlan bıçaq xəsarəti alıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini, 20 yaşlı Elşən Quliyev mübahisə zəminində bıçaq xəsarəti alıb. Yaralı Gəncə şəhər 1 Saylı Abbas Səhhət adına Xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.