Gəncədə zibillikdə hərbi sursat aşkarlanıb

Gəncə şəhərində məişət tullantılarının toplandığı ərazidə sursat aşkar edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinə məişət tullantılarının olduğu yerdə sursat olması barədə məlumat daxil olub.

Polis əməkdaşları əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib. Baxış zamanı oradan 32 ədəd 5,45 çaplı avtomat patronu aşkar edilərək götürülüb.

Digər xəbərlər

Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26