Gəncədə zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var

Gəncə. 11 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb. 

Belə ki, yüksək sürətdə hərəkətdə olan "VAZ-21011" markalı avtomobil "VAZ-2107" markalı maşına, ikincisi isə yolun əks tərəfindən gələn "Hyundai" markalı maşına çırpılıb. Nəticədə "VAZ"ın sürücüləri və bir sərnişin xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47