Gəncədə zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var 

Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində 3 avtomobil toqquşub. Hadisə nəticəsində 1961-ci il təvəllüdlü Maarif Abbasov, 1969-cu il təvəllüdlü İlhamə Məhərrəmova və daha bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18