Gəncədə zəncirvari avtomobil qəzası baş verib

Gəncə şəhəri ərazisində 4 avtomobilin toqquşması nəticəsində ağır yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, “Mercedec” markalı avtomobillə "VAZ-2107", "VAZ-2106" və "VAZ-2109" markalı avtomobillər toqquşub.  

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Qəzanın dəqiq baş vermə səbəbləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47