Gəncədə avtomobil iki piyadanı vurub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 2 piyadanı - Musayev İsmayıl Şahin oğlu (2000) və Həsrət Tağıyev Gəncəli oğlunu (2001) "VAZ-2107" markalı avtomobil tərəfindən vurulub. Xəsarət alan piyadalar xəstəxanaya çatdırılıb.
Onların vəziyyəti orta-ağır və ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.