Gəncədə yol qəzası olub, ölən və xəsarət alanlar var

Gəncə şəhərində yerləşən parkların birinin yaxınlığında avtomobillər toqquşub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1967-ci il təvəllüdlü Kəbirə Əliyeva və onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Fəxrəddin Əliyev və digər avtomobildə olan 2001-ci il təvəllüdlü Sənan İsgəndərov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, K.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41