Gəncədə yol qəzası olub, xəsarət alan var

Gəncə şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Bala Bağman ərazisində qeydə alınıb.

Avtomobilin qəzaya düşməsi nəticəsində Elbar Əliyev xəsarət alıb. O, yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər