Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində "Chevrolet" və "VAZ-2107" markalı avtomobillər toqquşub.
Yol-nəqliyyat hadisəsi zamanı avtomobilin sürücüsü Goranboy rayon sakini 1988-ci il təvəllüdlü Vüsal Bayramov ağır xəsarət alıb.
Onun həyat yoldaşı 1985-ci il təvəllüdlü Jalə Nəbiyeva isə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılıb.