Gəncədə yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub - YENİLƏNİB - FOTO

Gəncədə 2 avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyətləri məlum olub.

"Report"un Qərb Mərkəzi xəbər verir ki, bunlar Gəncə şəhər sakinləri - 1987-ci il təvəllüdlü Rövşən Əhmədov, 1995-ci il təvəllüdlü Amil Abdullayev, 1994-cü il təvəllüdlü Amin Tağıyev, 1998-ci il təvəllüdlü Məhərrəm Avazovdur. 

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.


***19:30

Gəncə şəhərində 2 avtomobil toqquşub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin "Xan bağı" yaxınlığında qeydə alınıb. 

"VAZ-2107" markalı avtomobillə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ceyranbatanda mənzil yanır 09 oktyabr, 2026 / 17:23