Gəncədə yol qəzası baş verib, xəsarət alan var

Gəncə. 14 aprel. REPORT.AZ/ Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Nizami Gəncəvi prospektində qeydə alınıb. 

Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Samir Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücü xəsarət alıb. Xəstəxanaya aparılan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39