Gəncədə yol qəzası baş verib, 2 nəfər xəsarət alıb

Gəncə. 9 noyabr. REPORT.AZ/ Gəncədə xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə İmamzadə kompleksinə gedən yolda qeydə alınıb.

Avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Hazırda hadisə yerinə təcili yardım maşını və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26