Gəncədə yeniyetmə qızı maşın vurub

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 2000-ci il təvəllüdlü Səfərov Nigar Fərman qızı şəhərin Heydər Əliyev prospektində yolu keçərkən "Ford Tranzit" markalı avtomobil tərəfindən vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər