Gəncədə yeniyetmə qızı avtomobil vurub

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "Mercedes" markalı avtomobil yolu keçmək istəyən Gəncə şəhər sakini, 2009-cu il təvəllüdlü A.Dünyamalıyevanı vurub. 

Hadisə nəticəsində piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər