Gəncədə yataqxanada dava nəticəsində bir nəfər xəsarət alıb

Gəncə. 17 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində yerləşən yataqxanalardan birində xəsarətlə nəticələnən dava olub.

"Report"un Qərb bürosunun məlumatına görə, axşam saatlarında 6 saylı yataqxanada yaşayan 1988-ci il Ruslan Zakir oğlu Nəcəfov mübahisə zəminində tanışı tərəfindən döyülüb.

Ağır bədən xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mübahisənin səbəbi hələlik məlum deyil.

Xəbər lenti