Gəncə şəhərinin Şah İsmayıl Xatai prospektində yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobilin vuraraq öldürdüyü şəxsin adı məlum olub.
"Report"un yerli bürosunun məlumatına görə, bu şəhər sakini 1957-ci il təvəllüdlü Hüseynov Elçin Kərim oğlu olub. Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.
*** 20:13
Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Şah İsmayıl Xatai prospektində yolu qarşı tərəfə keçmək istəyən yaşlı kişini "VAZ" markalı avtomobil vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda ölüb
Faktla bağlı araşdırma aparılır.