Gəncə şəhərinin Məhsəti qəsəbəsində yaşayış evində yanğın olub.
"Report"un Qərb bürosunun məlumatına görə, yanğın Gəncə şəhər sakini, R.Əliyeveva məxsus evdə qeydə alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.
FHN-nin məlumatına görə, ümumi sahəsi 220 m² olan kürsülü, ikimərtəbəli evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb