​Gəncədə yanğın zamanı qadın meyiti aşkar olunub

Bakı. 7 noyabr. REPORT.AZ/ Gəncə şəhərinin Kəpəz rayonunda birotaqlı mənzildə yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi 1967-ci il təvəllüdlü İsmayılova Pərvanə Əziləddin qızının meyiti aşkar edilib.

Məlumata görə, mənzil yanğından mühafizə olunub.

Digər xəbərlər