​Gəncədə yanğın olub

Bakı. 1 iyun. REPORT.AZ/ Gəncə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m. olan birmərtəbəli 3 otaqlı kürsülü evin mətbəxinin yanar konstruksiyaları, içərisindəki əşyalar 24 kv.m və dəhlizin tavan hissəsinin lambirindən ibarət üzlüyü 20 kv.m sahədə yanıb. 

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41