Gəncədə "Toyota Prado" "NİVA"-ya çırpılıb, xəsarət alan var

Gəncədə yol qəzası olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Atatürk prospektində baş verib.

"Toyota Prado" markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarında dayanan "NİVA" markalı avtomobilə çırpılıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39