Gəncədə sürücülər arasında mübahisə olub, bıçaqlanan var

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə 20 Yanvar abidəsinin yaxınlığında qeydə alınıb.

Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Q.Fərmanlı mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb.

O, xəstəxanaya çatdırılıb.

Hadisəyə iki sürücü arasında yol üstdə düşən mübahisə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37