Gəncədə sürücü 4 nəfər tərəfindən döyülüb

Gəncə şəhərində döyülmə hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin İmamzadə dini kompleksinin yaxınlığında olub.

Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü E.Abdullayev avtomobilinə müştəri qismində minən 4 nəfər tərəfindən döyülüb.

Müxtəlif dərəcəli xəsarətlər alan zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir .

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 13 yanvar, 2026 / 14:51
Sumqayıtda silah-sursat tapılıb 13 yanvar, 2026 / 13:13