Gəncə. 28 may. REPORT.AZ/ Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçisini avtomobil vuraraq öldürüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Üzeyir Hacıbəyli küçəsində baş verib.
"Mercedes-Benz" markalı avtomobil tərəfindən vurulan piyada (süpürgəçi) ağır xəsarət alaraq hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.