Gəncədə sərxoş sürücü qəza törədib: xəsarət alanlar var - FOTO

Gəncə. 2 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədə 20-DH-098 dövlət seriya nişanlı, "Niva" markalı avtomobillə 90-NR-668 dövlət seriya nişanlı, "Mercedes-Benz" markalı avtomobil toqquşub. Hadisə zamanı "Niva" markalı avtomobilinin sürücüsü və sərnişini, habelə "Mercedes"dəki sərnişinlərdən biri xəsarət alıb. Yaralılardan birinin – 1961-ci il təvəllüdlü Əliyeva Fəridə Həsən qızının vəziyyətinin orta ağır olduğu bildirilir

Hadisəyə səbəb kimi "Niva" markalı avtomobilin sürücüsünün sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14