Gəncədə sərnişin avtobuslarında cibgirlik edən 59 yaşlı qadın saxlanılıb - FOTO

Gəncə şəhərində ictimai nəqliyyatda cibgirlik edən 59 yaşlı qadın saxlanılıb

Bu barədə "Report"un Qərb Mərkəzinə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında şəhər ərazisindəki xətt avtobusunda bir qadının çantasından 32 manat nağd pulu və ümumi dəyəri 410 manat olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, Samux rayon sakini, 59 yaşlı Səlminaz Həsənova saxlanılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13