Gəncədə ruhi xəstə avtomobil qaçırıb

Gəncə şəhərində ruhi xəstə avtomobil qaçırıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 8-də Gəncə şəhəri ərazisindən Daşkəsən rayon sakini C.Əhmədova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakini olan ruhi xəstə Q.İmanov həmin gün hadisə yerinin yaxınlığında avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50