Gəncədə qohumunu öldürən şəxsin ibtidai istintaqı başa çatıb

Gəncədə qətl törətməkdə təqsirləndirilən Məmməd Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il yanvarın əvvəlində Gəncə şəhərin Poçt qəsəbəsi adlanan ərazisində baş verib. 47 yaşlı M.Məmmədov yaşadığı ərazinin yaxınlığında 70 yaşlı qohumu Valeh Zeynalovu bıçaqlayaraq qətlə yetirilib.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39