Gəncədə qəza törədən sürücü 4 gün sonra xəstəxanada ölüb

Gəncədə qəza törədən sürücü 4 gün sonra xəstəxanada vəfat edib.

"Report"un məlumatına görə, 1981-ci il təvəllüdlü Ramil Əskərov noyabrın 11-də idarə etdiyi "MOON 49" markalı mopedlə Gəncə şəhəri Atatürk prospektində hərəkətdə olarkən idarəetməni itirərək aşıb. O, beyin qanaması və kəllə sümüklərinin sınığı xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Yaralı noyabrın 15-də müalicə aldığı Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsində ölüb.

Faktla bağlı Gəncə şəhər Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05