Gəncədə qatar 51 yaşlı qadını vurub

Gəncə. 11 noyabr. REPORT.AZ/ Gəncə şəhərində 51 yaşlı qadını qatar vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü Əkbərova Mirvari Oruc qızı dəmir yolu xətti üzərindən qarşı tərəfə keçərkən baş verib.  

Ağır kəllə-beyin travması alan qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər